Dünya

Politico: Tramp müsəlman liderlərə görüşdü

ABŞ-ın “Politico” xəbər saytı ABŞ prezidenti Donald Trampın prezident Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla müsəlman liderlərə İsrailin işğal altındakı İordan çayının qərb sahilini ilhaqına icazə verməyəcəyinə söz verdiyini yazıb.

Politico-nun məlumatına görə, sayta danışan altı mənbə bildirib ki, Tramp Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu Yorkda müsəlman liderləri ilə qapalı görüş zamanı İsrailin baş naziri Binyamin Netanyahunu əmin edib ki, İordan çayının qərb sahilinin ilhaqına icazə verməyəcək.

Mənbələrdən ikisi Trampın bu mövzuda “qətiyyətli” olduğunu və prezidentin Fələstin Muxtariyyətinin nəzarəti altında olan İordan çayının qərb sahilinin “İsrail tərəfindən udulmayacağına” söz verdiyini bildirib.

Başqa bir mənbə Fələstinin Qəzza tərəfində Həmas ilə İsrail arasında atəşkəsin əldə olunmasının “çox çətin” olduğunu qiymətləndirib.

“Politico” xəbər verir ki, “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı axşam Fox News-a müsahibəsində görüşü məhsuldar adlandırıb, lakin ətraflı məlumat verməyib. Ərdoğan və Trampın cümə axşamı Ağ Evdə yenidən görüşü planlaşdırılıb”.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu