7 C
Baku
28 Yanvar 2026, 19:40
Dünya

Politoloq 31 Dekabr və Yeni İl təbrikini paylaşdı

Politoloq Məhəmməd Əsədullazadə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə sosial media hesabında paylaşım edib. Bugun.tv xəbər verir ki, politoloq təbrikində həmvətənlərini bayram münasibətilə səmimi-qəlbdən təbrik edib.

M. Əsədullazadə paylaşımında 2026-cı ilin Azərbaycan üçün sülh, firavanlıq və inkişaf ili olmasını arzulayıb. O, uzun illər ərzində Yeni ili Şuşada və Xankəndində qarşılamaq arzusu ilə yaşadıqlarını xatırladaraq, bu gün artıq işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndində Yeni ilin qeyd olunmasının tarixi qələbə olduğunu vurğulayıb.

Politoloqun sözlərinə görə, bu nailiyyət xalqımızın milli birliyinin, əzminin və işğalla heç vaxt barışmamasının məntiqi nəticəsidir.

Paylaşımında Məhəmməd Əsədullazadə Yeni ilin hər bir evə sevinc, əmin-amanlıq və ümid gətirməsini arzulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Güclü zəlzələ baş verdi

Aynur Camal

UNICEF: İki il sonra ilk dəfə məktəb ləvazimatları Qəzzaya daxil oldu

Aynur Camal

Hindistan-AB Ticarət Razılaşması “müqavilələr anası” adlandırıldı — güclü iqtisadi təsirlər gözlənilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu