4 C
Baku
23 Dekabr 2025, 1:48
Baş xəbərSiyasət

Politoloq: “Azərbaycan üzərindən tranzit Ermənistan iqtisadiyyatı üçün yeni mərhələnin başlanğıcıdır”

Bugun.tv xəbər verir ki, politoloq Aqil Məmmədov Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra Azərbaycan və Ermənistan arasında iqtisadi sahədə ilk praktik əməliyyatların həyata keçirilməsini şərh edib. Onun sözlərinə görə, başlanan bu proses sülh gündəliyinin real nəticələr verdiyini açıq şəkildə göstərir.

Politoloq facebook paylaşımında bildirib ki, ilkin mərhələdə Qazaxıstandan buğda Azərbaycan üzərindən tranzitlə daşınıb, daha sonra isə Bakıdan Ermənistana benzin tədarükü həyata keçirilib. Aqil Məmmədovun fikrincə, bu test xarakterli əməliyyatlar erməni cəmiyyətinə sülhün təkcə sakit həyat deyil, eyni zamanda iqtisadi baxımdan faydalı olduğunu nümayiş etdirir.

Onun sözlərinə görə, həyata keçirilən bu iki əməliyyatdan sonra növbəti ildə Azərbaycan üzərindən keçən marşrutların Ermənistan iqtisadiyyatı üçün mühüm alternativə çevriləcəyi artıq aydın görünür. Xüsusilə qış aylarında Yuxarı Lars yolunun tez-tez bağlanması və qeyri-sabit hava şəraiti Rusiya–Ermənistan ticarətində ciddi logistik problemlər yaradır və daşımaların həm müddətini, həm də maya dəyərini artırır.

Politoloq paylaşımın məhz indi edilməsinin səbəbinə də aydınlıq gətirib. O qeyd edib ki, Vaşinqton görüşü 2024-cü ildə baş tutsa da, sülh razılaşmasının real iqtisadi nəticələri yalnız indi üzə çıxmağa başlayıb. Məhz ilk tranzit və ticarət əməliyyatlarının həyata keçirilməsi sülh prosesinin kağız üzərindən praktik müstəviyə keçdiyini göstərdiyi üçün bu mərhələdə məsələ yenidən gündəmə gətirilib.

Aqil Məmmədov vurğulayıb ki, İrəvan mövcud çətinlikləri nəzərə alaraq, Yuxarı Lars yolunu Azərbaycan üzərindən keçən marşrutla əvəzləməyə çalışacaq. Onun fikrincə, Azərbaycan sülh gündəliyini dəstəkləmək, sülhün iqtisadi cəhətdən faydalı olduğunu nümayiş etdirmək və humanist mövqeyini qorumaq məqsədilə bu prosesə müsbət yanaşa bilər.

Politoloq əlavə edib ki, son iqtisadi əməliyyatlar Ermənistan daxilində də siyasi təsir göstərir. Parlament seçkiləri ərəfəsində bu addımlar Paşinyan və onun komandasının mövqelərini gücləndirir, Azərbaycanın humanist yanaşması isə revanşist qüvvələrin anti-sülh tezislərini zəiflədir.

Aynur Camal

Oxşar xəbərlər

Son proseslər bir daha göstərdi ki, Azərbaycan çox haqlı olaraq…

Aynur Camal

Çavuşoğlu 10 ildən sonra Misirə səfər etdi

Bugün TV

Yük maşını yandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu