18 C
Baku
25 Aprel 2025, 10:18
Siyasət

Politoloq: “Gürcüstanda vəziyyəti qarışdırmağa çalışanlar xaricdən maliyyələşirlər”

“Beynəlxalq imperialistzadələr bu gün Gürcüstanda vəziyyəti qarışdırmağa çalışırlar. Gürcüstanda xarici agentlərlə bağlı təklif edilən qanun lahiyəsi bir çox dövlətdə nəzərdə keçirilmiş qanunvericilik haqdadır. Çünki hərkəsə bəllidir ki, ABŞ və qərb bir çox qeyri-hökumət və Vətəndaş Cəmiyyəti İnsitutları xarici ölkələrdən qrand alaraq daxildə qarışıqlıq yaratmağa çalışırlar”.
Bu fikirləri politoloq Tural İsmayılov Bugun.tv-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, baş verən maydan ssenarisi, eyni zamanda, bir çox rəngli inqilab ssenariləri məhz bu xarici donorların ayırıdığı maliyyələr hesabına baş verir. “Lakin bu gün həmin o rəngli inqilab ssenarilərinin yaradıcıları Gürcüstandakı siyasi aktivliyi nəzarətə almağa çalışırlar. Bu məsələdən istifadə edərək, “Maydan-2″ ssenarisini gerçəkləşdirmək və ya növbəti dəfə qarışıqlıq yaratmağa çalışırlar. O baxımdan mən hesab edirəm ki, bu aksiyalar parlamentdə qanunun geri götürülməsi məsələsidən sonra, hansısa bir hakimiyyət dəyişikliyinə səbəb olacaq, nəzarətdən çıxan aksiyanı müşahidə etməyəcək. Bu baxımdan etirazlar artıq parlamentdəki qanunun ləğvi məsələsinə görə tam olaraq öz nəticələrinə nail olub”.

“Hər bir dövlətin öz daxilindəki milli identifikasiyasını və dövlətçilik kursunu qorumaq haqqı var. Bu gürcülərin Avropa Rusiya arasında qalmağı deyil, daha çox Gürcüstan dövlətçiliyinin imperialist toqquşmalarla qalmağı deməkdir. İstənilən halda Gürcüstan formalaşmış dövlətdir. Hesab edirəm ki, bu tip məsələlərlə Gürcüstanda qarışıqlıq yaratmaq mümkün olmayacaq”. Sitatın sonu.

Müəllif: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

“Putin bizim ölkəyə gələrsə, onu həbs edəcəyik”

Teymur Əziz

YAP nümayəndə heyəti AK Partinin qurultayında iştirak edib

Bugün TV

İsrailin blokada altındakı Qəzzaya hücumları artmaqdadır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu