10 C
Baku
12 Mart 2026, 15:59
Siyasət

Politoloq: “Lavrovun Azərbaycana səfəri hər iki dövlət üçün vacib və əhəmiyyətli idi”

Cənab Lavrovun Azərbaycana olan səfərini müsbət bir hal kimi görürəm. Rusiyanı qonşu dövlət olmaqla yanaşı, həm də  iqtisadi partnyorumuz olaraq bir çox sahələrdə görürük. Azərbaycanın bir çox şirkətləri  Rusiyada fəaliyyət göstərir. Xüsusi olaraq da Xəzəryanı yataqlarda nəhəng Rusiya şirkətləri mövcuddur. Yəni Rusiya ilə iqtisadi və siyasi münasibətlərimiz var. Mən belə hesab edirəm ki, cənab Lavrovun səfəri yekunda Rusiya-Ermənistanın müddəalarını icra etməsi haqqında öhdəlik götürüb. Yəni biz qarşı tərəfdən bu məsələ barədə dəqiq addımlar gözləyirik.
Bundan əlavə qeyd etmək istəyirəm ki, bu səfər 10 Noyabr müqaviləsinin yekun müddəalarının nümayəndələr tərəfindən icra olunmasından gedir. Bu ən əsas da Ermənistana aiddir. Yəni Ermənistanın 10 Noyabr müqaviləsində qeyd olunan müddəaların tam icra etməsindən söhbət gedir. Həmçinin, Avropa ittifaqının sanksiyalarından sonra Rusiya mətbuatında tranzit əlaqələrin -Zəngəzur dəhlizinin açılmasınına dair  kifayət qədər söhbətlər gedir. Rusiyanın mütəxəssisləri Zəngəzur dəhlizinin Rusiya üçün hava-su kimi lazım olduğu haqqında bəyanatlar səsləndirdi”.

Bunu Bugun.tv-yə  açıqlamasında politoloq Yusif Bağırov söyləyib.

“Cənab Lavrovun Bakıya səfəri öncəsi İranın və Rusiyanın xarici işlər nazirliyini arasında görüşlər keçirilib. İran bildirib ki, 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycanın bəyan etdiyi 3+3 formatının bərpa edilməsində Rusiya tərəfinin marağı var.Yəni qeyri-stabil İran dövlətindən belə bir bəyanatı eşitmək o deməkdir ki, Rusiyanın özü regionda stabilliyin bərqərar olmasında və kommunikasiya xətlərinin, əsas da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır”,- politoloq vurğulayıb.
Onun sözlərinə görə, bir tərəfdən Rusiyanın Ermənistandakı səfirliyinin Zəngəzur dəhlizi haqqında neqativ bəyanatın verilməsi, o biri tərəfdən də Rusiyanın Azərbaycandakı səfirinin Zəngəzur dəhlizi barədə pozitiv bəyanat verməsi, Rusiyanın siyasətində anlaşılmamazlıq olduğunu ortaya çıxarır.

“Ümidvaram ki, Cənab Lavrovun Azərbaycana səfərində bu iki səfirin bəyanatlarına aydınlıq gətiriləcək. Çünki Rusiyanın Ermənistandakı səfirinin qeyri – obyektiv, qeyri – hüquqi bəyanatlarına aydınlıq gətirilməlidir”,- deyə politoloq qeyd edib.

Bugün TV

Oxşar xəbərlər

Pezeşkian Əliyevə: Naxçıvana hücumun İranla əlaqəsi yoxdur

Aynur Camal

İran müharibəsi fonunda neftin qiyməti 110 dolları keçdi

Aynur Camal

Məhəmməd Əsədullazadə: İranda faktiki olaraq hərbi idarəetmə formalaşıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu