15 C
Baku
15 Noyabr 2025, 17:31
Siyasət

Politoloq Prezidentin bəyanatından danışdı

“Sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək” – “bu, Prezident İlham Əliyev tərəfindən verilən olduqca ciddi mesajdır” – deyən politoloq Aqil Məmmədov öz sosial media hesabında görüşlə bağlı şərh yazıb.

“Əslində bəyanat onu göstərir ki, Prezident İlham Əliyev korrupsiyaya qarşı islahatların, şəffaflıq və hesabatlılığn gücləndirilməsini genişləndirəcək. Ona görə də mərkəzlə yerli orqanlar arasında təmaslarda birbaşa geri əlaqə kanalı qurur. Yəni qanuna uyğun olmayan tapşırıqlar barədə bu kanal vasitəsilə birbaşa prezidentə məlumat verilməlidir.

Böyük ehtimalla prezidentin bu mesajı hüquqi mexanizmlərlə dəstəklənəcək. Gözləmək olar ki, yaxın zamanlarda Azərbaycan prezidentinin təşəbbüsü ilə mövcud qanunlarda dəyişiklik edilsin və ya yeni qanun layihəsi qəbul edilsin. Bunun məqsədi mərkəzi hakimiyyətdə olan vəzifəlilərin məsuliyyətini artırmaqdır.

Çıxışdan hasil olan nəticə odur ki, Prezident İlham Əliyev yüksək vəzifəli şəxslərin fəaliyyəti, gəlir və mal-mülk vəziyyətinin daha şəffaf olması üçün daha ciddi addımlar atacaq. Yeni mexanizmlərin qəbul edilməsi ilə vətəndaşların və nəzarət orqanlarının yüksək vəzifəli şəxslərin fəaliyyətini izləməsi asanlaşdırmağa çalışır.

Ölkə başçısı yerli icra hakimiyyətləri ilə geri dönüş kanalını yaratmaqla eyni zamanda regionlara investorların cəlb edilməsi prosesini də asanlaşdıracaq. Bu mesaj həm yerli, həm də xarici investorlar üçün güvən təmin edir ki, Azərbaycan vəzifəli şəxslərin fəaliyyətini tənzimləyir və şəffaflığı maksimum dərəcədə təmin etməyə çalışır”.

Aynur Camal

Oxşar xəbərlər

Çavuşoğlu ilə Norveçli həmkarı arasında telefon danışığı olub

Bugün TV

Peskov: “Bryansk vilayətində törədilən terror aktı diqqətlə araşdırılacaq”

Bugün TV

“İran Prezidentinin Azərbaycana səfəri ölkələrimizin münasibətlərinin inkişafında çox önəmli rol oynayacaq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu