13 C
Baku
25 Mart 2026, 13:56
Baş xəbərSiyasət

Politoloq: Rusiya Hind okeanına çıxış üçün Şimal–Cənub dəhlizində ciddi maraqlıdır

Şimal–Cənub nəqliyyat dəhlizinin açılması məsələsində Rusiyanın ciddi maraqlı tərəf olduğu bildirilir.

Politoloq Məhəmməd Əsədullazadə bu barədə fikirlərini öz sosial media hesabında  paylaşıb.

Onun sözlərinə görə, Moskva üçün bu dəhliz strateji əhəmiyyət daşıyır, çünki Rusiya birbaşa Hind okeanına çıxış əldə etməyə çalışır.

Politoloq paylaşımında Rusiya və İran prezidentlərinin Aşqabadda baş tutan görüşünə də diqqət çəkib. Qeyd olunub ki, həmin görüş zamanı İran prezidenti Rəşt–Astara dəmir yolu xəttinin tikintisinin 90 faizinin tamamlandığını bildirib. Bu xətt Şimal–Cənub nəqliyyat dəhlizinin İran ərazisindən keçən əsas hissələrindən biri hesab olunur.

Məhəmməd Əsədullazadənin fikrincə, Rəşt–Astara dəmir yolunun tamamlanması bütövlükdə dəhlizin funksionallığını artıracaq və regionda nəqliyyat-logistika imkanlarını genişləndirəcək. Bu amil isə həm Rusiya, həm də region ölkələri üçün iqtisadi və geosiyasi baxımdan mühüm nəticələr vəd edir.

Aynur Camal

Oxşar xəbərlər

Siyasi ekspert: ABŞ-ın İranda “A planı” baş tutmadı

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu