10 C
Baku
12 Dekabr 2024, 20:00
Siyasət

Politoloq: “Rusiya və Azərbaycan anlaşır, Ermənistan daha da təklənir”

"Bakı xəbər" Media qurumunun rəhbəri Aydın Quliyev

“Lavrovun Bakıya bu dəfəki səfərindən və İlham Əliyevlə müzakirəsindən uzaq nəticələr çıxarmağa dəyər. Azərbaycanla Rusiya regionun iki əsas dövlətləri olaraq siyasətlərini uzlaşdırır və Ermənistanın üstündən həqiqətən xətt çəkməyə doğru gedirlər”.

Bunu politoloq Aydın Quliyev Bugun.tv-yə açıqlamasında deyib.

“Regionumuzda vəziyyət bəllidir. Ermənistanın və Azərbaycanın nə siyasət apardıqlarını Rusiya yaxşı görür. Prezident İlham Əliyev əsasən Ermənistana qarşı siyasət aparır. Ermənistan isə həm Azərbaycana, həm də Rusiyaya qarşı siyasət aparır. 2020-ci ilin Vətən müharibəsindən sonra ikinci dəfə olaraq Rusiyanın və Azərbaycanın regional təhlükəsizlik maraqları böyük nöqtədə uzlaşıblar. Əliyev-Lavrov görüşündə səslənən bir neçə fikrə təkrar baxaq”, – deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev 2023- cü ilin sülhə doğru dönüş ili olacağını, siyasi dialoq, nəqliyyat, ticarət və digər sahələrdə ciddi qarşılıqlı addımlara ümid etdiyini dedi. Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında bəyannamənin 1 illiyini təsadüfən xatırlatmadı.

“Lavrovun isə əslində Putinin adından dediyi bu fikirlərinə də baxaq. Lavrov dedi ki, Azərbaycanla Rusiya həm də qlobal əhəmiyyətli meqalayihələr müzakirə edir. Hər ikimizin dostları da bu layihələrə maraq göstərir. Bu, Azərbaycan və Rusiyanın lider ölkələr olaraq iştirak etdikləri regionun perspektivlərini göstərir.
Göründüyü kimi, regionun perspektiv vəziyyətində Ermənistan nəzərə alınmır və onun üçün sonrakı dərəcəli yerlər ayrılır.
Gözləmək olar ki, Post Qarabağ problemlərinin həllində Rusiya öz siyasətini bundan sonra bir müddət daha çox Azərbaycanla əlaqələndirəcək. Kremldə fərqinə varılır ki, Paşinyan bu gün Fransa əsgərlərini Ermənistana gətirdisə, sabah Xankəndinə gətirmək istəyəcək.
İndi regional siyasətin daha sıx əlaqələndirilməsi həm Azərbaycana, həm də Rusiyaya həmişəkindən çox lazımdır”, – politoloq bildirib.

Nigar Məmmədova

Oxşar xəbərlər

İran “bu ölkədə, sadəcə ölüncə azad olursan….” deyən tələbənin ölkəsidir – ÖZƏL

Şükufə Ramizqızı

 “Cənub Qaz Dəhlizinin genişləndirilməsi strateji prioritetdir”

Aynur Camal

Hulusi Akar Kayseriyə səfər etdi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu