6 C
Baku
30 Dekabr 2024, 21:14
Siyasət

Politoloq Tural İsmayılov Ermənistanın törətdiyi təxribata münasibət bildirib

“Ermənistanın Azərbaycana qarşı təxribatları son 10 gündür davam edir. Bu gecə baş verən təxribatı demək olar ki, biz əvvəlcədən  proqnozlaşdırmışdıq”.

Bu barədə politoloq Tural İsmayılov cəbhə xətdində baş verən gərginliyə münasibət bildirərkən Bugün.tv-ə açıqlqmasında deyib.

Politoloq qeyd edib ki, bu gün Ermənistan Azərbaycanın təklif etdiyi 5 maddəlik sülh sazişinə razı olduğunu bildirsə də, reallıqda sərhəddə provakasiya törətməklə beynəlxalq aləmdə bu münaqişənin həll olunmadığı ilə bağlı saxta bir fon yaratmağa çalışır. Çox maraqlıdır ki, bu təxribat  son Brüssel görüşündən sonra Azərbaycanla Ermənistan arasında sülhlə bağlı razılaşmanın əldə olunmasından çox qısa müddət sonra baş verib.

“Eyni zamanda maraqlı nüanslardan biri də ondan ibarətdir ki, ölkəmiz tərəfindən Cənubi Qafqaz regionunda siyasi sabitliyin əldə olunması ilə bağlı konkret bir mövqe var ikən Ermənistan tərəfindən  Azərbaycana qarşı bir sabataj siyasəti həyata keçirilir. Hansı ki burda təkcə Ermənistanın deyil, eyni zamanda onun havadarları olan beynəlxalq imperializmin və xarici güc dayaqlarının da əli var.
Lakin qlobal siyasi proseslərin gedişatından asılı olmayaraq Azərbaycan daim sülhə sadiqliyini bəyan edib.  Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən dəfələrlə vurğulanıb ki, Ermənistan Azərbaycana qarşı təxribatlarını davam etdirərsə Azərbaycan tərəfindən layiqli cavablarını alacaq”.
“Mən hesab edirəm ki, Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən başqa heç bir şansı qalmayıb. Çünki Azərbaycan qalib tərəf kimi əsas şərtləri diktə edən tərəfdir. Və Ermənistan da buna əməl etməlidir”-deyə o vurğulayıb.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

  N.Bennet: İran  qadağan olunmuş nüvə fəaliyyətləri barədə yalan danışıb

Bugün TV

Çavuşoğlu: Türkiyə və Azərbaycan yeni geosiyasi balans yaradıblar

Bugün TV

Hollandiya vətəndaşlarını Sudandan təxliyə edəcək

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu