Baş xəbərSiyasət

Politoloq Tural İsmayılov: “Fransadan Azərbaycana qarşı hər zaman təzyiqlər və təxribatlar görmüşük”

“Son 30 ildə Fransa höküməti beynəlxalq hüququ heçə sayaraq Ermənistanın işğalçılıq siyasətini müdafiə edib. Və rəsmi Paris öz bədnam əməllərini bu gün də davam etdirir. Ona görə də Fransa ilə Azərbaycan arasında münasibətlər heç də arzuolunan səviyyədə deyil. Nə yazıq ki, Fransa Ermənistandan Azərbaycana qarşı bir təsir vasitəsi kimi istifadə edir”.

Bu fikirləri Bugun.tv-yə açıqlamasında politoloq Tural İsmayılov bildirib. Onun sözlərinə görə, güclənən Azərbaycan və Türkiyə faktorunu özünə qarşı təhdid sayan Fransa hər iki ölkənin inkişafını əngəlləmək üçün əlindən gələni edir.

“O bunun üçün Ermənistan kartından da yararlanmağa çalışır. Gözləmək olar ki, Laçın yolu ilə bağlı Milli Assambleyada hansısa qərar qəbul edilsin və yaxud Fransa Qarabağla bağlı hansısa təxribatçı addım atsın. Ona görə də, bu iki məsələyə qarşı daim diqqətli olmalıyıq”, – T.İsmayılov şərhində bildirib .

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu