Bugun.tv xəbər verir ki, tədbirdə şəhid ailələri, qazilər, rayon ictimaiyyəti iştirak edib.
Məzarı ziyarət olunub.Üzərinə tər-çiçəklər düzülüb, ruhuna dualar oxunub.
Şəhidlərimizin ruhu 1dəqiqəlik sükütla yad edilib.
Dövlət himni səsləndirilib.
Natiqlər cixiş edərək zəfər qəhrəmanlarından qürurla danışıblar.
Qeyd edək ki, Atəm Əliyev 1982-ci ildə Ağdaş rayonu, Abad kəndində anadan olub. 1996-cı ildə H.Əliyev adına Ali Hərbi Məktəbinə daxil olub.
Mayor rütbəsindən polkovnik leytenant rütbəsinə qədər yüksəlib. 2020-ci ilin yanvar ayında TTM-də tabor komandiri vəzifəsini bitirib.
21 il vətənə xidmət göstərib.
27 sentyabrda Vətən Müharibəsi başlayanda isə igidlik və şücayət göstərib.
2 oktyabr tarixində Murovdağ istiqamətində agir döyüşlərdə şəhid olub.
Nəşi 4 ay sonra doğulduğu kənbddə izdihamla torpağa tapşırılıb.
Xidmət etdiyi dövrdə Silahlı qüvvələrin 90, 95 və 100 illik yubileyi medalı, müxtəlif fəxri fərmanlarla təltif olunub.
Ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Evli idi, iki övladı Vətənə yadigar qalıb.
Allah rəhmət eləsin!
Müəllif:Səbinə Mirzəqizi