Polşa Baş naziri Donald Tusk, İranı tərk edin çağırışı, Polşa vətəndaşları İran, İran ABŞ gərginliyi, təxliyə xəbərdarlığı, İran münaqişə riski, Polşa xarici xəbər, Yaxın Şərq gərginlik xəbəri
Dünya

Polşa Baş naziri vətəndaşlarını təcili İranı tərk etməyə çağırıb

Polşanın Baş naziri Donald Tusk İran ərazisində olan Polşa vətəndaşlarına təcili çağırış edərək, ölkəni dərhal tərk etmələrini tövsiyə edib. O, eyni zamanda İran səfəri planlaşdıran şəxslərə də səfərlərini ləğv etməyi məsləhət görüb.

Bugun.tv xəbər verir ki, Donald Tusk bu çağırışı Polşanın mərkəzində yerləşən Zielonka şəhərində keçirilən ictimai tədbirdə çıxışı zamanı səsləndirib. Baş nazir bildirib ki, panika yaratmaq niyyətində deyil, lakin İran daxilində vəziyyət son dərəcə qeyri-sabitdir və ciddi hərbi qarşıdurma riski hələ də yüksək olaraq qalır.

Tusk vətəndaşlardan çağırışı ciddi qəbul etmələrini istəyərək qeyd edib ki, mümkün genişmiqyaslı münaqişə baş verərsə, Polşa vətəndaşlarının təxliyəsi üçün zəmanətli imkanların olacağına heç kim əmin ola bilməz.

Məlumata görə, son günlər ABŞ-ın yüksək vəzifəli rəsmilərinin İranla bağlı mümkün hərbi müdaxilə ehtimalı barədə verdiyi açıqlamalar fonunda regionda gərginlik artıb. İran isə hər hansı hücum olacağı təqdirdə bölgədəki ABŞ hərbi obyektlərinə cavab zərbələri endirəcəyini bəyan edib.

Polşa Baş naziri Donald Tusk, İranı tərk edin çağırışı, Polşa vətəndaşları İran, İran ABŞ gərginliyi, təxliyə xəbərdarlığı, İran münaqişə riski, Polşa xarici xəbər, Yaxın Şərq gərginlik xəbəri
Polşanın Baş naziri Donald Tusk

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycana qarşı yenidən böhran yolunu tutdu

Aynur Camal

Alberta Kanadadan ayrılacaq? Ştatda müstəqilliklə bağlı referendum müzakirələri qızışır

Aynur Camal

Kinoteatrlar Meta-nın ağıllı eynəklərini qadağan etməyi müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu