Polşa Parlamentinin aşağı palatası olan Seym 18 may 1944-cü ildə Krım tatarlarının deportasiyasını Krım tatar xalqına qarşı soyqırım aktı kimi tanıyıb.
Polşa parlamentinin aşağı palatası olan Seym “Krım tatar xalqına qarşı soyqırım qurbanlarının xatirəsini ehtiramla yad etmək qərarı”nı təsdiqləyib.
Qərarın lehinə keçirilən səsvermədə 414 deputat “hə”, 16 deputat “xeyr” və 2 deputat bitərəf qalıb.
Qərarda vurğulanıb ki, Sovet İttifaqı hakimiyyəti 1944-cü il mayın 18-də səhər saatlarında Krım tatarlarını Krım yarımadasından deportasiya etməyə başlayıb və üç gün ərzində təxminən 200 min insanı Orta Asiya və Sibirə zorla yerləşdirib.
1944-cü ildə Krım tatarlarının Krımdan deportasiya edilməsinin Krım tatar xalqına qarşı soyqırım aktı olduğu bildirilib.
Polşalı deputatlar həmçinin xatırladıblar ki, Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi ərazi bütövlüyü prinsipinin, beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin kobud şəkildə pozulmasıdır.
Krım tatar sürgün
İkinci Dünya Müharibəsində Sovet Rusiyası Krımı almanlara verməli oldu. Krım tatar türkləri sovetlərin tərəfinə keçərək faşist Almaniyasına qarşı uğurla vuruşdular. Buna baxmayaraq, rus komandirləri Krım tatarlarını “almanlarla əməkdaşlıqda” ittiham ediblər.
Rus Qırmızı Ordusu Krımı Hitler Almaniyasından geri aldıqdan sonra Krım tatar türkləri ruslar tərəfindən təzyiqlərə məruz qalmağa başlayıb. Krım tatarlarına qarşı sovet rəhbərliyinə hesabatlar hazırlanmış və Krım tatarlarının öz vətənlərindən tamamilə qovulması tələb edilmişdir.
Təxminən 250 min Krım tatar türkü 3 gün ərzində heyvan daşıyan vaqonlarda Orta Asiyaya sürgün edilib. Sürgünə göndərilənlərin təxminən yarısı xəstəlik, aclıq və çətin şəraitdən yollarda ölüb.
Krım tatarları yarımadadan qovulduqdan sonra türk mədəniyyətinin və digər toplumların izlərinin silinməsi üçün sistemli işlərə başlanılıb. 1944-cü ilin sonunda alınan qərarla Sovet İttifaqı rəhbərliyi Krımda olan bütün türk yer adlarını ruscaya dəyişdirmişdi.
Mənbə: TrtHaber