22 C
Baku
3 İyun 2025, 12:27
Dünya

Polşada mədəndə çökmə: Ölən və yaralananlar var

Polşanın cənubunda şaxtanın çökməsi nəticəsində ölən və yaralananların olduğu bildirilib. Bildirilib ki, mədəndə kəşfiyyat işləri davam etdirilir.

Polşanın cənubundakı Myslowice şəhərində fəaliyyət göstərən Myslowice-Wesola mədənində səhər saatlarında çökmə baş verib. Çökmə baş verən ərazidəki 15 mədənçidən 11-i xilas ola bildiyi halda, 4 mədənçi çökmə altında qalıb. Qaçmağı bacaran mədənçilərdən 9-u yüngül xəsarətlərlə yaxınlıqdakı xəstəxanalarda müalicə olunub.

Təxminən 870 metr dərinlikdə baş verən çökmədə qapalı qalan işçilər üçün axtarış-xilasetmə işlərinə başlanılıb. Komandaların səhər saatlarında çıxara bildiyi bir mədənçi yaralı olaraq xəstəxanaya aparılıb.

Dağılma və metan qazının partlama riskinin hələ də davam etdiyi mədəndə çətinliklə çalışan xilasetmə qrupları 2 mədənçinin cəsədinə çatıb. Qapalı qalan dördüncü şaxtaçının axtarışları davam edir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Qışda almalı olduğumuz meyvələrin adları

Aynur Camal

Kamala Harris kimdir?

Aynur Camal

Santa Klaus geyimində olan şəxs mağaza sahibini güllələdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu