7 C
Baku
23 Dekabr 2024, 19:05
Dünya

Polşadan olan uşaqlara Rusiya işğalına qarşı silah təlimi

Avropanın ən təhlükəsiz ölkələrindən biri olan Polşa Rusiyanın Ukraynaya qarşı müharibəsini gücləndirməsindən və müttəfiq ölkələri təhdid etməsindən narahatdır. Bu kontekstdə Polşa hökuməti məktəblərdə silah təlimini məcburi etməklə şagirdləri mümkün təhlükələrə qarşı hazırlamağı hədəfləyir.

Rusiyanın Ukraynadakı enerji və hərbi obyektlərə son dağıdıcı hücumları NATO-nun Polşada döyüş təyyarələri yerləşdirməsinə səbəb olub. Bu hücumlar nəticəsində Kiyevdə geniş şəkildə elektrik enerjisi kəsilib və vətəndaşlar bayram mövsümü öncəsi qaranlığa qərq olub.

Polşanın baş naziri Donald Tuskun rəhbərliyi altında ölkə Ukraynaya dəstəkdə liderlik edir. Polşa Müdafiə Nazirliyinin məlumatına görə, bu günə qədər Ukraynaya 4,5 milyard avro dəyərində 1300-dən çox hərbi texnika, o cümlədən helikopterlər, təyyarələr, tanklar və artilleriya sistemləri tədarük edilib. Nazirlik Polşanı “Ukraynaya yardımda şəksiz lider və yenilikçi” kimi xarakterizə edir.

TƏLİM MƏCBURİ OLACAQ

Polşa Təhsil və Elm Nazirliyi 2022-ci ildə verdiyi bəyanatda, “Bugünkü çağırışlar və təhdidlər təlim məqsədlərinin dövlət müdafiəsi, atəş bacarıqlarının əldə edilməsi və müharibə vəziyyətlərində sağ qalması ilə tamamlanmasını tələb edir” dedi. Bu çərçivədə 2023-2024 və 2024-2025-ci tədris illərində “Təhlükəsizlik Təhsili” kurslarının kurrikuluma daxil edilməsi planlaşdırılırdı.Tələbələr məşq zamanı həqiqi güllələrdən istifadə etmirlər; Bunun əvəzinə pnevmatik silahlar, lazer silahları, şar silahları və virtual atış simulyatorları ilə işləyirlər. Sistemi inkişaf etdirən lazer silahı istehsalçısı Krzysztof Papadis bu texnologiyanı Polşada 18 mindən çox məktəbə satdığını bildirib.

“Hazır olmalıyıq”

“Məncə, bu, yaxşı fikirdir. İndi həyat çox qorxuludur, ona görə də hər şeyə hazır olmalısan”, – tələbə Marta Stolinska bildirib. Skarszewy şəhərindəki ibtidai məktəb direktoru Ewa Qolinska silah dərslərinin yalnız silahların sökülməsi, yığılması və istifadəsini əhatə etdiyini deyib və əlavə edib: “Dünyanın hazırkı vəziyyətini nəzərə alsaq, bu təhsil növü çox dəyərlidir”.

Skarszewy Bələdiyyə Başçısı Jacek Pauli təlimin erkən yaşda başlaması lazım olduğunu müdafiə edərək, “Heç kim silahdan istifadə etmək üçün çox gənc deyil. Bu səbəbdən nazirlik silah təhsilini hər kəs üçün məcburi etdi” dedi.

Təxminən üç ay əvvələ qədər könüllü olan atıcılıq dərsləri indi məcburidir. Valideynlər bu vəziyyətdən razı görünürlər. “Biz fəxr edirik ki, uşaqlarımız tarixin doğru tərəfində olmaq, ölkəmizi qorumaq və vətənpərvər olmaq istəyirlər”  Monika Stolinska deyib.

Polşanın bu addımı Rusiya təhlükəsi ilə üzləşməyə hazırlaşan ölkələr arasında diqqətəlayiq nümunədir.

Mənbə: Tgrt

Aynur Camal

Oxşar xəbərlər

Ölənlərin sayı 22 minə yaxınlaşdı

Teymur Əziz

Venesiya turist qruplarının sayına məhdudiyyət tətbiq etməyi planlaşdırır

Kəmalə Sultan

Siz heç vaxt Süd yolunu belə görməmisiniz: ən yaxşı fotolar şəbəkədə nümayiş etdirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu