5 C
Baku
25 Fevral 2026, 7:30
Baş xəbərDünya

Polşanın Baş naziri: Ukrayna müharibəsində pauza yaxın vaxtda ola bilər

Ukrayna müharibəsində pauza yaxın vaxtda ola bilər.

Bugun.tv xəbər verir ki, bu sözləri cümə günü Polşanın Baş naziri Donald Tusk Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətindən sonra deyib.

Tusk mətbuat konfransında bildirib: “Müəyyən siqnallar mövcuddur və bizdə də belə bir intuisiya var ki, bəlkə də münaqişənin “dondurulması”, – mən son demək istəmirəm, amma münaqişədə pauza verilməsi, – uzaqda olduğundan daha yaxındır. Buna ümid var”.

“Reuters”in yazdığına görə, Tusk qeyd edib ki, Zelenski “çox ehtiyatlı, lakin nikbindir” və Ukrayna Polşa və digər Avropa ölkələrinin atəşkəs və mümkün sülh nizamlanmasının planlaşdırılmasında rol oynamasında maraqlıdır.

Ukrayna Prezidenti “X” sosial platformasında paylaşımında Tusk ilə “mövcud diplomatik variantları müzakirə etdiyini və ortaq Avropa maraqları naminə hərəkətləri əlaqələndirməyə və birgə işləməyə razılaşdığını bildirib. “Davamlı sülh hamı üçün lazımdır və mən (müttəfiqlərə) bu yolda kömək etmək istəyinə görə minnətdaram”, – deyə Zelenski bildirib.

Mənbə: AZƏRTAC
Bugün TV

Oxşar xəbərlər

Ukrayna müharibəsinin ən uzun fasiləsiz cəbhə xətti xəritələndirildi

Aynur Camal

Bilirdinizmi? Ən çox neft ixrac edən ölkə dəyişib?

Aynur Camal

Dünyanın ən böyük aviadaşıyıcısı USS Gerald Ford ABŞ-ın Kritdəki bazasına çatıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu