22 C
Baku
3 İyun 2025, 11:04
Siyasət

Polşanın “Leopard 2” tankı artıq Ukraynadadır

Polşa Ukraynaya söz verdiyi 14 tankdan ilk “Leopard 2” tankını artıq göndərib.

“Bu gün Polşanın “Leopard 2″ tankları artıq Ukraynaya çatıb”. Bunu Milli Təhlükəsizlik Şurasının açılışında  müdafiə rəisi çıxış edərkən deyib.

“Baş nazir Kiyevə “Polşa bəbirləri”ni  aparmaq  üçün gedib. Bunlar Ukraynaya çatacaq koalisiya tank yardımının  tərkib hissəsi olan ilk tanklardır”.

Bugun.tv xəbər verir ki, bu sözləri, Polşa prezidenti Anjey Duda tədbirdə deyib.

Xatırladaq ki, yanvarın 25-də Almaniya hökuməti Ukraynaya 14 “Leopard 2” tankı göndərəcəyini və digər ölkələrə texnikanın təkrar ixracına icazə verəcəyini təsdiqləyib. Böyük Britaniya, Norveç, Slovakiya, ABŞ və Fransa da Kiyevi Qərb istehsalı olan tanklarla təmin etmək niyyətində olduqlarını bəyan ediblər. Polşa 14 tank ayırmağı planlaşdırdığını açıqladı. Kiyev ilk partiya olaraq 12 ölkədən 140-a qədər tank alacağını gözləyir.

Mənbə:TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Bahçeli: Qəzzanı qorumaq və qorumaq missiyasını öz üzərimizə götürmək bizə mirasdır.

Bugün TV

Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycanda rəsmi səfərdədir- YENİLƏNİB

Aynur Camal

“Ermənistan Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınmaqdadır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu