12 C
Baku
24 Oktyabr 2024, 11:14
Baş xəbərDünya

Polşanın Rusiya konsulluğunu bağlamaq qərarı

Polşanın xarici işlər naziri Radoslav Sikorski Polşa və müttəfiq ölkələrdəki təxribat cəhdlərinin arxasında Rusiyanın olduğunu və bu səbəbdən Poznandakı Rusiya konsulluğunu bağlamaq qərarına gəldiklərini açıqlayıb.

Polşa Rusiya konsulluğunu bağlamaq qərarına gəlib.

Polşanın xarici işlər naziri Radoslav Sikorski açıqlamasında bildirib ki, son günlər prokurorluq ölkədəki təxribat cəhdlərinin arxasında xarici kəşfiyyat təşkilatının dayandığına dair güclü dəlilləri məhkəməyə təqdim edib.

 Sikorski dedi:

“Xarici işlər naziri kimi məndə məlumat var ki, Polşada və müttəfiq ölkələrdə təxribat cəhdlərinin arxasında Rusiya Federasiyası dayanır, ona görə də mən Rusiya Federasiyasının Poznandakı konsulluğunun fəaliyyət icazəsini geri götürmək qərarına gəldim. Konsulluğun işçiləri Polşa Respublikasında persona non qrata sayılır”.

Sikorski Rusiyadan hibrid müharibəsinə son qoymasını tələb edib. Hibrid müharibənin davam edəcəyi təqdirdə növbəti addımları atma haqqını özlərində saxladıqlarını ifadə edən Sikorski, “Bir addım belə geri çəkilməyəcəyik, Polşa Respublikası və Polşaları müdafiə edirik” deyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Polşanın qərarını növbəti düşmən addımı kimi qiymətləndirib və Rusiyanın cavabının ağrılı olacağını bildirib.

Rusiya Federasiyasının paytaxt Varşavadakı səfirliyindən başqa, Polşanın Qdansk, Krakov və Poznanda konsulluqları var.

Mənbə: İhlas Xəbər Agentliyi (İHA)

Aynur Camal

Oxşar xəbərlər

Fransızlar niyə çəhrayı tualet kağızından istifadə edirlər?

Aynur Camal

Marsda daş “popkorn” tapılıb

Sevinc Sadıqova

TikTok Azərbaycanda dayandırıla bilər?

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu