Baş xəbərSosial

Polşanın senatoru “ASAN xidmət”də

ASAN xidmət-dən Bugun.tv-yə daxil olan məlumata əsasən, ölkəmizdə səfərdə olan Polşa Respublikası Senatının Rəqəmsallaşdırma, İnnovasiya və Müasir Texnologiyalar Komissiyasının sədr müavini və Rəqəmsal Alqoritmlər üzrə Hüquqi Tənzimləmələr üzrə Daimi Alt-Komitənin sədri Qjeqoj Naperalskinin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonaqlara “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib.

Görüş çərçivəsində qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb.

Həmçinin “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

Qonaqlar “Bilim Bakı” mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və “ABAD”ın fəaliyyəti ilə yaxından tanış olublar.

Aynur Camal

Oxşar xəbərlər

Ağ Evdəki yeməkxanaya kölgə salan 200 yaşlı ağac yığışdırılacaq! Tramp əmr verdi, səbəb budur

Aynur Camal

ABŞ təsdiq etdi: AirPods eşitmə cihazlarına çevriləcək

Aynur Camal

Soyqırım davam edir! Qaçqın düşərgəsinə bomba atdılar: Çoxları öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu