Baş xəbərDünya

Popokatepetl vulkanının kül səpməsindən sonra sarı xəbərdarlıq edildi

Bugun.tv xəbər verir ki, Meksikadakı Popocatepetl vulkanının tüstü və kül püskürməsindən sonra ölkə sarı həyəcan səviyyəsinə keçib.

Açıqlamada, vulkandan yayılan kül səbəbiylə paytaxt Mexikodakı iki beynəlxalq hava limanından uçuşların 3 gün müddətinə təxirə salındığı, Puebla və Tlaxcala əyalətlərində təlimlərin dayandırıldığı açıqlanıb.

Meksika Milli Fəlakətin Qarşısının Alınması Mərkəzi vulkanda müşahidə edilən dəyişikliklərə görə “Mərhələ 3 Sarı Vulkan Siqnalının” elan edildiyini açıqlayıb.

Açıqlamaya görə, mayın 21-dən bəri Puebla və Morelos əyalətlərinin sərhəddində yerləşən vulkanda əksəriyyəti kiçik miqyasda olmaqla ümumilikdə 573 püskürmə qeydə alınıb.

Partlayışlara və kül yağışına qarşı ictimaiyyətə xəbərdarlıq edildiyi bildirilən açıqlamada vulkandan yayılan tüstünün insan sağlamlığına zərər verə biləcəyi açıqlanıb.

Vulkanlar üçün sarı xəbərdarlıq orta miqyaslı püskürmələr, kül yağışları və ətraf ərazilərə maqma axını xəbərdar edərkən, zərurət olmadıqca çölə çıxmamaq və maskadan istifadə edərək tüstüdən birbaşa nəfəs almamaq barədə xəbərdarlıq edilir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Uşaqların sağlamlığını günvurmadan qoruyun!

Aynur Camal

Minlərlə insan leysan yağışlar səbəbindən festivalın keçirildiyi ərazidə qapalı qaldı

Bugün TV

Avtomobil daşıyan gəmi yanır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu