28 C
Baku
8 Sentyabr 2025, 14:28
Digər

“Porsche” şirkəti Almaniyanın əsas birja indeksini tərk edir

Bugun.tv “Spiegel” qəzetinə istinadla xəbər verir ki, bu barədə Alman Birjasının məlumatında bildirilir. “Volkswagen”in törəmə şirkəti olan “Porsche” satışların azlığından əziyyət çəkir. Son bir ildə şirkətin səhmləri təxminən 30 faiz ucuzlaşıb. Bu, son dövrdə ciddi gəlir itkisi ilə üzləşən alman avtomobil sənayesindəki böhranın göstəricisidir. Avtomobil şirkətlərinin səhmlərinin ucuzlaşması ilə əlaqədar son illərdə DAX-da avtomobil sektorunun çəkisi də azalıb. “Porsche AG”dən fərqli olaraq, “Porsche Automobil Holding SE” DAX-da qalır. Bu investisiya şirkəti 31,9 faizlə “Volkswagen”in ən böyük səhmdarıdır. Şirkət “Porsche AG”nin də səhmlərinin səkkizdəbirinə sahibdir. “Porsche AG” ilə yanaşı, dərman və laboratoriya təchizatçısı “Sartorius” şirkəti də artıq DAX-da təmsil edilməyəcək və onlar orta dəyərli şirkətlər indeksinə – MDAX-a keçirilir.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Çilidə 7,5 maqnitudalı zəlzələ oldu

İntizar Əmirova

Bu cücərti deyil, zəhərdir! Bədəni məhv edir!

İntizar Əmirova

İntim görüntüləri yayılan ədliyyə mayoru işdən çıxarıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu