27 C
Baku
7 Sentyabr 2025, 21:08
Digər

Portuqaliyada funikulyor qəzasında xəsarət alanların sayı artdı

Bugun.tv xəbər verir ki, “Observador” nəşrinin məlumatına görə, həkimlər yaralılardan beşinin vəziyyətini ağır olaraq qiymətləndirir. Qəza zamanı sağ qalanların arasında Almaniyadan olan üçyaşlı körpə də var. Azyaşlının anası kritik vəziyyətdədir, atası isə həyatını itirib. “Carris” şirkətinin büdcə çərçivəsini aşması səbəbindən funikulyorun texniki baxışı ilə bağlı tender bu ilin avqust ayında ləğv olunmuşdu. Xatırladaq ki, sentyabrın 3-də axşam saatlarında “Gloria” funikulyoru relsdən çıxaraq aşıb. Hadisə nəticəsində azı 15 nəfər həlak olub. Faciə ilə bağlı Lissabon şəhərində üçgünlük matəm elan edilib. “Elevador da Gloria” adlı funikulyor Lissabonun mərkəzini Bairru-Altu rayonu ilə birləşdirir. XIX əsrdə istifadəyə verilən nəqliyyat vasitəsi 2002-ci ildə milli abidə statusu alıb. Hər il 3 milyondan çox sərnişin daşıyan funikulyor 2018-ci ildə də relsdən çıxmış, lakin həmin vaxt ölən olmamışdı.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Ruhi əsəb xəstəliyindən əziyyət çəkən şəxs itkin düşdü!

Kəmalə Sultan

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Kəmalə Sultan

Mastercard və CinemaPlus strateji tərəfdaşlığı elan edir: “CineMastercard” təqdim olunur – VİDEO – FOTO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu