35 C
Baku
20 İyul 2025, 11:38
Baş xəbərMədəniyyət

Postprodakşn mərhələsində olan filmlərə müsabiqə elan edildi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Kino Agentliyi (ARKA) post-prodakşn mərhələsində olan filmlərə dəstək məqsədilə növbəti müsabiqə elan edir.

Bugun.tv xəbər verir ki, 2025-ci ildə Mədəniyyət Nazirliyi və ARKA kino sənayesinin inkişafı istiqamətində bir neçə müsabiqənin keçirilməsini planlaşdırır. Elan olunan müsabiqənin şərtlərinə görə, çəkilişləri başa çatmış filmlərin postprodakşn mərhələsinin işlərini tamamlamaq üçün maliyyə vəsaiti ayrılacaq.

Müsabiqənin keçirilməsində əsas məqsəd film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər şəxslər arasında rəqabət qabiliyyətinin artırılması və birgə film istehsalının dəstəklənməsidir.

Bir film üçün nəzərdə tutulan maksimal dəstək məbləği tammetrajlı bədii filmlər üzrə 30 000 (otuz min) AZN, tammetrajlı sənədli filmlər üzrə 20 000 (iyirmi min) AZN, qısametrajlı bədii və sənədli filmlər üzrə 15 000 (on beş min) AZN, qısametrajlı animasiya filmləri üzrə isə 13 000 (on üç min) AZN müəyyən olunub. Yeni şərtlərə əsasən, yerli şirkətlərin tərəfdaş olduğu beynəlxalq layihələrə ayrılacaq vəsaitin maksimal həddi göstərilən məbləğlərdən 50 faiz çox olacaq.

Qeyd edək ki, ötən il keçirilən birinci müsabiqədə qalib gələn 6 filmə (“Geri dönüş”, “Sən haralısan, durna?”, “Tərsinə kölgələr”, “Səssiz zaman”, “Qara pişik, ağ şanı”, “Yaddaş sarayları”) 111 113 (yüz on bir min yüz on üç) AZN maliyyə dəstəyi ayrılmışdı.

Müsabiqədə iştirak üçün www.arka.culture.az saytına daxil olub müraciət edə bilərsiniz.

Aynur Camal

Oxşar xəbərlər

Həftəlik icmal – VİDEO

Aynur Camal

Astronomlar son bir ildə Yerə Aydan daha yaxın keçən 162 asteroid aşkar etdilər

Aynur Camal

Yeni kəşf edilən kometa bu həftə sonu müşahidə edilə bilər

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu