4 C
Baku
14 Dekabr 2025, 20:47
Baş xəbərDünya

Praqa Universitetinə hücum zamanı üç əcnəbi yaralandı

Praqada yerləşən Karlova Universitetinin Fəlsəfə fakültəsində baş verən gülləbaran nəticəsində yaralananlar arasında üç xarici ölkə vətəndaşı da var.

Bugun.tv xəbər verir ki, Çexiyanın daxili işlər naziri Vit Rakuşan bu barədə sosial media hesabında yazıb. Yaralanan əcnəbilərdən birinin Niderland, ikisinin isə Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları olduğu bildirilir.

Polşa polisinin məlumatına görə, Çexiyada insanların çox olduğu yerlərin, o cümlədən təhsil müəssisələrinin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülüb.

Son məlumata görə, Karlova Universitetinin Fəlsəfə fakültəsində gülləbaran nəticəsində 14 nəfər həlak olub, 25 nəfər isə yaralanıb. Yaralılardan 10-nun vəziyyəti ağırdır.

Cinayəti törədən 24 yaşlı tələbə David Kozak hadisə yerində intihar edib.

Bugün TV

Oxşar xəbərlər

Son dəqiqə! Rusiyada kritik işdən çıxarılma: Putin qərarı rəsmi olaraq imzaladı

Aynur Camal

İki qaçqın düşərgəsinə hücum edildi

Bugün TV

İki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu