8 C
Baku
22 Dekabr 2025, 5:16
Dünya

Pravoslav Kilsəsinə molotof hücumu

Rusiyanın Tümen vilayətində naməlum şəxs pravoslav kilsəsinə molotov kokteyli ilə hücum edib. Kilsənin girişini yandıran yanğın törədən şəxs velosipedi ilə sakitcə hadisə yerindən uzaqlaşıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Tümendə Müqəddəs Knyaz Dmitri Donskoy adına kilsədə baş verib. Bəyanatda aşağıdakı ifadələr yer alıb:

“Naməlum şəxs içərisində yandırıcı qarışıq olan şüşənin köməyi ilə Tümen şəhərinin Cümhuriyyət küçəsində yerləşən “Müqəddəs Soylu Knyaz Dmitri Donskoy adına” məbədin xarici hissəsini yandırmağa cəhd edib. “Qeyd edilib ki, təhlükəsizlik qüvvələri hücum edənin şəxsiyyətini müəyyənləşdirərək onu saxlayıb. İstintaq Komitəsi vandalizm və əmlakı qəsdən zədələmə və ya məhv etmə maddələri ilə iş açıb.

Mənbə: Tgrthaber.com.tr / Tərcümə

Aynur Camal

Oxşar xəbərlər

Ailəsi üçün həyatını riskə atan ata qəhrəman elan edildi!

Aynur Camal

BMT Livanla bağlı təcili iclas keçirəcək

Aynur Camal

WhatsApp-da yeni təhlükəsizlik zəifliyi aşkar edilib: Diqqət etməli olduğunuz şey budur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu