Bugun.tv xəbər verir ki, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi “Əlilliyi olan uşaqlara və onların valideynlərinə COVID-19 pandemiyasından sonra normal həyata qayıtmaq və pandemiyanın təsirləri ilə mübarizə aparmaq üçün dəstək” təşəbbüsünə başlayıb.
“Qlobal Əməkdaşlıq Araşdırmalar Mərkəzi” MMC tərəfindən icra edilən təşəbbüsün ümumi məqsədi əlilliyi olan uşaqların valideynləri arasında bacarıqların artırılması yolu ilə əlilliyi olan uşaqlar üçün inklüziv və keyfiyyətli mühiti dəstəkləməkdir.
Təşəbbüsün əsas məqsədi isə əlilliyi olan uşaqların valideynləri pandemiya və digər qlobal sağlamlıq böhranı dövründə əlilliyi olan uşaqların ehtiyaclarını ödəyə bilmək iqtidarında ola bilmələridir. Aşağıda qeyd olunan fəaliyyətlər təşəbbüs çərçivəsində həyata keçiriləcəkdir:
- Əlilliyi olan uşaqlar və onların valideynlərinin qapanma dövründə qarşılaşdıqları problem və çətinlikləri müəyyən etmək və ehtiyacları qiymətləndirmək.
- Təlimatları işləyib hazırlamaqla əlilliyi olan uşaqların valideynlərinə dəstək olmaq.
- Valideynləri COVID-19-un əlilliyi olan uşaqlarına təsiri ilə mübarizə aparmaq üçün bilik və bacarıqlarla təmin etmək.
Təşəbbüsün əsas benefisiarları əlilliyi olan uşaqlar və onların valideynləridir. Bununla yanaşı, layihənin hədəf qruplarına əlilliyi olan uşaqların qohumları, əlaqdər icma üzvləri, müvafiq nazirliklər, sahə üzrə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və tədqiqatçılar daxildir.
Təşəbbüs Bakı, Gəncə, Xaçmaz, Qazax və Quba regionlarını əhatə edir. Təşəbbüsün icrası iyun 2024-ci ilə qədər davam edəcək.
Qeyd edilməlidir ki, sözügedən təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilir.
“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İB-nin mətbuat xidməti.