İranın Press TV telekanalı xəbər verir ki, Oman körfəzində İran sahillərində üç gəmi alovlara qərq olub.
Yanan gəmilər Fars körfəzi ölkələrindən neft və qaz ixracı üçün əsas marşrut olan Hörmüz boğazının yaxınlığında yerləşir. Telekanal hadisənin səbəbini açıqlamır. İsrailin İran ərazi sularında gəmilərə zərbə endirməsi ilə bağlı heç bir məlumat verilməyib.
Mənbə: mail.ru