15 C
Baku
16 Oktyabr 2025, 7:49
DünyaMaraqlı faktlar

Prezidentə iki canlı fil hədiyyə etdilər

Kremldə Vladimir Putinlə Moskvaya rəsmi səfərə gələn Laos Prezidenti Thongloun Sisoulith arasında rəsmi görüş keçirilib. Bu barədə Kremlin jurnalisti Aleksandr Yunaşev məlumat verib. Laos lideri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 65 illiyi şərəfinə Rusiya prezidentinə qeyri-adi hədiyyə – iki canlı fil təqdim edib.

Mərasim Böyük Kreml Sarayının Yaşıl qonaq otağında baş tutub. Danışıqlar başlamazdan əvvəl prezidentlər əl sıxaraq qucaqlaşıblar. Müzakirə zamanı ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığa, eləcə də beynəlxalq gündəmə, o cümlədən BRİKS çərçivəsində əməkdaşlığa toxunulub.

İclasda prezidentin köməkçisi Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov, tikinti naziri İrek Fayzullin, həmçinin müdafiə və maliyyə nazirlərinin müavinləri Aleksandr Fomin və Aleksey Sazanov iştirak ediblər.

Laos prezidenti Rusiyada tez-tez qonaq olur. 2024-cü ildə o, iki dəfə Qələbə Günü qeyd etmələri və Kazanda BRİKS sammiti üçün gəlmişdi.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Polşa “öncə təhlükəsizlik” şüarı ilə 6 ay müddətində Aİ-yə sədrlik edəcək

Aynur Camal

Ankara-Diyarbəkir turizm qatarı bu gün yola düşür

Bugün TV

Böyük qalmaqal! O, başqasının körpəsini dünyaya gətirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu