Baş xəbər

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 34 saylı seçki məntəqəsində səs verdi

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev fevralın 7-də 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylı seçki məntəqəsində səs verib.

AZƏRTAC xəbər verir ki, bu seçki məntəqəsində də yüksək seçici fəallığı müşahidə olunurdu.

Qeyd edək ki, bu seçkilər ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində keçirilir. Seçkilərdə 7 namizəd mübarizə aparır. Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir. Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyir. Onlar 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 90 minə yaxındır. Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırır. Səsvermə saat 19:00-da başa çatacaq.

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu