32 C
Baku
19 İyul 2025, 16:03
Dünya

Prezident COVID-19 səbəbilə huşunu itirdi

Bugun.tv xəbər verir ki, söhbət Meksika prezidenti Andres Manuel Lopez Obradordan gedir. O, görüş zamanı COVID-19 səbəbilə ani olaraq huşunu itirib.
Milli Saray tərəfindən yayılan videomüraciətdə Obrador səhhəti ilə bağlı açıqlamalar verib.

O, vəziyyətinin yaxşı olduğunu və təcili yardım helikopteri ilə paytaxt Mexikoya aparılarkən xərəklə getmədiyini vurğulayıb.

Evində karantində olduğunu ifadə edən Obrador, sağlamlığına qovuşana qədər daxili işlər naziri Adan Augusto Lopez Hernandez tərəfindən gündəlik mətbuat konfransları keçiriləcəyini söylədi.

Qeyd edək ki, 2021-ci ildən bəri iki dəfə COVID-19-a yoluxan 69 yaşlı Obrador 2013-cü ildə infarkt, 2022-ci ildə hərbi xəstəxanada ürək kateterizasiyası keçirib.

Mənbə: TRT haber

Nigar Məmmədova

Oxşar xəbərlər

İsrail ordusu qarşıdurmalarda ölən daha 12 əsgərin adını açıqladı

Bugün TV

Meksikada Milad yarmarkasında həyat təhlükədədir! “Eyfel qülləsi” çökdü

Aynur Camal

Yeni doğulan körpəsini vəhşicəsinə qətlə yetirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu