15 C
Baku
24 Oktyabr 2025, 4:26
Baş xəbərDünya

Prezident Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısı üçün Azərbaycana gələcək

Prezident Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısında iştirak etmək üçün 4 iyul 2025-ci il tarixində Azərbaycanın Xankəndi şəhərinə səfər edəcək.

“Davamlı və İqlimə Dayanıqlı Gələcək üçün Yeni İqtisadi Əməkdaşlıq Təşkilatının Baxışı” mövzusu altında təşkil olunacaq sammitdə iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və təşkilat islahatları müzakirə olunacaq, üzv ölkələr arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparılacaq.

Prezident Ərdoğan sammitdə çıxış edəcək və liderlərlə görüşlər keçirəcək.

Sammitdə üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, ŞKTC də daxil olmaqla müşahidəçilər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

İctimai asayiş və qaçaqmalçılıq əməliyyatı: 61 nəfər saxlanıldı

İntizar Əmirova

Regional Hüquqi və İqtisadi Maarifləndirmə ictimai birliyi təyyarə qəzası ilə bağlı paylaşım etdi

Aynur Camal

“Netanyahu israilli məhbusların ailələrindən onun üçün lobbiçilik etmələrini istədi”

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu