Bugun.tv xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan, “Avropa Birliyi Türkiyədən qopmağa çalışır. Qiymətləndirməmizi edəcəyik və bu qiymətləndirmələrdən sonra lazım gələrsə, Avropa Birliyi ilə yollarımızı ayıra bilərik”, – deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının müzakirələrində iştirak etmək üçün ABŞ-a yola düşməzdən əvvəl hava limanında sualları cavablandırıb.
“Biz indi Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının müzakirələrində iştirak etmək üçün Nyu-Yorka gedəcəyik. BMT-nin bütün üzv ölkələrinin təmsil olunduğu Baş Assambleyanın müzakirələrində 150-dən çox ölkənin iştirakı gözlənilir. Hər il olduğu kimi bu il də ABŞ-da son dərəcə sıx təmas və görüş olacaq”
Çərşənbə axşamı, sentyabrın 19-da, ümumi assambleyanın müzakirələrinin birinci günü Baş Assambleyada çıxış edəcəyəm. Bu münasibətlə beynəlxalq gündəmdəki əsas məsələlərlə bağlı fikirlərimizi bölüşəcəyik. Biz Türkiyənin cari qlobal çağırışlar qarşısında oynadığı kritik rolu vurğulayacağıq”, – Ərdoğan bildirib.
O, səfər zamanı ABŞ-da yaşayan terk vətəndaşları və icmalarla bir araya gələcəyini bir sıra görüşlər keçirəcəyini vurğulayıb. “Biz ABŞ-ın işgüzar dairələrinin hörmətli üzvləri ilə görüşəcək və Türkiyəyə investisiyaların artırılması ilə bağlı məsələləri müzakirə edəcəyik”, – əlavə edib.
