20 C
Baku
12 Sentyabr 2025, 14:38
Baş xəbər

Prezident Ərdoğan Naxçıvana gəlir

Bugun.tv xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan sabah Naxçıvana gələcək.

O, Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Qeyd edək ki, səfər dövlət başçımızın dəvəti ilə baş tutacaq.

Görüşdə əməliyyatdan sonra erməni separatçı qrupların tərksilah prosesi və növbəti siyasi proseslər müzakirə olunacaq.

İclasda Naxçıvanla Azərbaycan arasında quru əlaqəni təmin edəcək və bununla da Türkiyə ilə Azərbaycan arasında fasiləsiz gediş-gəlişi təmin edəcək Zəngəzur dəhlizi də haqqında da danışıqlar aparılacaq.

2020-ci ildə ikinci Qarabağ müharibəsindən sonra Ermənistanla əldə olunan razılaşmanın maddələrindən biri də bu dəhlizin açılması idi.

Qeyd edək ki, Prezident Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında “Zəngəzur dəhlizi ilə bağlı verilən vədlərin yerinə yetirilməsini gözləyirik”, – deyib.

Mənbə: NTV

Bugün TV

Oxşar xəbərlər

İsraildəki ABŞ vətəndaşları gəmi ilə Hayfadan təxliyə edilir

Bugün TV

Rusiya ABŞ-ı ittiham etdi

Aynur Camal

Atlet Buse Savaşkan qızıl medal qazandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu