36 C
Baku
20 İyul 2025, 16:40
Baş xəbərSiyasət

Prezident Ərdoğan: Türkiyə-Azərbaycan əlaqələri dünyada bənzəri olmayan müstəsna səviyyədədir

Türkiyə-Azərbaycan əlaqələri dünyada bənzəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk.

AZƏRTAC a istinadən Bugun.tv xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən mətbuata bəyanatında bildirib.

“İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən dönüş nöqtəsidir”, – deyən R.T.Ərdoğan vurğulayıb ki, Naxçıvan tarix boyu daşıdığı strateji əhəmiyyəti ilə Azərbaycanla əlaqələrdə xüsusi yerə sahibdir. “Naxçıvan bu gün iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala sahibdir. Regional nəqliyyat xətlərinin yaradılması ilə birlikdə bu potensialı tam mənasında həyata keçirmək imkanına malik olacağıq”, – deyə o əlavə edib.

Müxbir: İntizar Əmirova

BuGün TV

Oxşar xəbərlər

Günel İbrahim Bakı Reablitasiya Mərkəzinin əməkdaşlarına əlilliyi olan qadınlarla davranış qaydaları ilə bağlı təlim keçdi

Elnarə Dərziyeva

Füzulidə məskunlaşan sakinlərimiz ilə ilk görüş olub

Bugün TV

Bir daha təyyarə qəzası və Prezidentimizin qətiyyəti haqqında

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu