16 C
Baku
24 Oktyabr 2025, 6:52
Baş xəbərDünya

Prezident Ərdoğan: Türkiyə sülh danışıqlarında zəruri iştirakçıya çevrilir

Türkiyə sülh danışıqlarında zəruri iştirakçıya çevrilir. Ankara öz gücünə inanır, bəyan etdiyi məqsədlərə doğru addımlar atır.

Bugun.tv xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının tədbirində çıxış edərək bildirib.

Ərdoğanın sözlərinə görə, Türkiyə ona ehtiyac duyulduğu hər yerdə – Liviyadan tutmuş Azərbaycana qədər dost və qardaş xalqlara dəstək olub.

Türkiyə lideri ölkənin milli təhlükəsizliyi ilə bağlı çağırışlara diqqət çəkərək, vurğulayıb ki, “Türkiyənin yerləşdiyi bölgənin gələcəyində terrora yer yoxdur və ola da bilməz”.

O, qeyd edib ki, terrorla aparılan mübarizənin onillikləri Türkiyə üçün 2 trilyon dollar iqtisadi ziyanla nəticələnib. “Ölkəmizin çox sayda vətəndaşı terror hücumları nəticəsində həyatının ən gözəl çağında həlak olub. Ailələr dağıldı, uşaqlar yetim qaldı”, – deyə vurğulayıb.

Eyni zamanda siyasətçi qeyd edib ki, günü-gündən aydın olur ki, terror xəritəsi Türkiyə əleyhdarlarını istənilən nəticəyə yaxınlaşdırmır. “Əminəm ki, bu problemi aradan qaldırmaqla biz bütün regionun inkişafı üçün qapıları açacağıq”, – deyə Türkiyə lideri bildirib.

Mənbə: AZƏRTAC

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Qonşularını balta ilə ağır yaralayan ata və oğul həbs edildi

Bugün TV

“ABŞ İran prezidentinin ölümünə yas tutmur”

Aynur Camal

Dövlət işçilərinə və sahibkarlara əlilliyi olan qadınlarla davranış qaydası ilə bağlı təlim keçilib

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu