Prezident Rəcəb Tayyib Ərdoğan sui-qəsd cəhdinə məruz qalan Donald Trampa zəng edərək, tezliklə sağalmasını arzulayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın 45-ci prezidenti və prezidentliyə namizəd Donald Trampla telefon danışığı aparıb.
Görüşdə Trampa qarşı sui-qəsd və ondan sonra baş verənlər müzakirə edilib. Prezident Ərdoğan görüş zamanı Donald Trampa qarşı sui-qəsdi bir daha pisləyərək, hücuma görə kədərləndiyini və tezliklə sağalmasını diləyib.
Prezident Ərdoğan sui-qəsd cəhdini demokratiyaya hücum kimi qiymətləndirib.
O, mənfur hücumdan sonra Trampın cəsarətli mövqeyinin təqdirəlayiq olduğunu, proqramlarını fasiləsiz davam etdirməsinin demokratiyanı gücləndirdiyini və bunun Amerika xalqının uzaqgörənliyinə inamın göstəricisi kimi qiymətləndirilməli olduğunu bildirib.
Prezident Ərdoğan görüşdə Trampın sui-qəsd cəhdindən sonra qütbləşməni və gərginliyi azaltmaq üçün sakitləşdirici birlik mesajları ilə güclü liderlik nümayiş etdirdiyini bildirib və Donald Trampı Respublikaçılar Partiyası tərəfindən ABŞ prezidentliyinə rəsmi namizəd kimi irəli sürülməsi münasibətilə təbrik edib.
Prezident Ərdoğan ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərinin ABŞ xalqı və Türkiyə-ABŞ münasibətləri üçün faydalı olacağına ümid etdiyini bildirib.
Mənbə: Haber Global