4 C
Baku
15 Yanvar 2026, 5:59
Baş xəbərİqtisadiyyat

Prezident fərman imzaladı

Bugun.tv– xəbər verir ki, Prezident bank sektorunda dövlət iştirakına dair fərmanda dəyişiklik edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bank sektorunda dövlətin iştirakı ilə bağlı fərmana dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanla “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı Qaydası haqqında” 7 avqust 2009-cu il tarixli fərmana dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, dövlətə məxsus bankların və bank olmayan kredit təşkilatlarının yenidən təşkili, ləğvi və idarə olunması ilə bağlı səlahiyyətlərin həyata keçirilməsi mexanizmləri dəqiqləşdirilib. Bu addım bank sektorunda idarəetmənin təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına xidmət edir.

Fərman Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq imzalanıb və qüvvəyə mindiyi gündən tətbiq edilir.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Politoloq Aqil Məmmədov: Davos ərəfəsində dünya daha riskli mərhələyə daxil olur

Aynur Camal

Xəzər Universitetinin rəhbərliyi Ankarada işgüzar səfərdə olub FOTO

Aynur Camal

8 Martda möhtəşəm duet: Orhan Ölmez və Səbuhi Zaman ilk dəfə eyni səhnədə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu