22 C
Baku
3 İyun 2025, 13:10
Baş xəbər

Prezident Fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti 18 aprel 2006-cı il tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədalət Məhkəməsi haqqında Akt”a dəyişikliklər etdi.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323 (Cild I); 2024, № 1, maddə 31, № 3, maddə 257, № 5 (I kitab), maddələr 516, 518) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 9.13-cü bənddən “siyasi partiyaların,” sözləri çıxarılsın.

2. Aşağıdakı məzmunda 9.13-1-ci bənd əlavə edilsin:

“9.13-1. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq siyasi partiyanın fəaliyyətinin normativ hüquqi aktların və nizamnaməsinin tələblərinə uyğunluğunu yoxlamaq;”.

3. 10.6-cı bəndə “şəxsin” sözündən sonra “(siyasi partiyalar istisna olmaqla)” sözləri əlavə edilsin.

4. 10.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“10.7. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda siyasi partiyaya münasibətdə məlumatları nəzərdən keçirmək, araşdırma aparmaq, izahat almaq, yazılı xəbərdarlıq etmək və digər tədbirlər görmək”.

5. 10.9-cu bənddə “qanunvericiliklə” sözü “qanunla” sözü ilə əvəz olunsun və həmin bəndə “partiyaların” sözündən sonra “fəaliyyətinin dayandırılması və ya” sözləri əlavə edilsin.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 sentyabr 2024-cü il

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Dayanacaqda şübhəli paket partladı

İntizar Əmirova

Xarıbülbül İspaniya bağını bəzədi

Aynur Camal

Həddindən artıq düşünmə sindromu nədir? Necə mübarizə aparmaq olar?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu