Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1624 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1624 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1791 (Cild I); 2024, № 4, maddə 393) ilə təsdiq edilmiş “Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1-ci bəndə “vətəndaşların” sözündən sonra “və xaricdə yaşayan azərbaycanlıların” sözləri əlavə edilsin.
2. 2.2.3-cü yarımbəndə “vətəndaşların” sözündən sonra “və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların” sözləri əlavə edilsin.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2024-cü il
Mənbə: prezident.az