6 C
Baku
21 Dekabr 2025, 6:31
Digər

Prezident fərman imzalayıb

Bugun.tv– xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 10, maddə 1139 (Cild I); 2025, № 3, maddə 227, № 8, maddə 758) ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”nin 5.1-ci bəndində “6 783 392 (altı milyon yeddi yüz səksən üç min üç yüz doxsan iki)” sözləri “26 783 392 (iyirmi altı milyon yeddi yüz səksən üç min üç yüz doxsan iki)” sözləri ilə əvəz edilsin.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr 2025-ci il

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Tanınmış müğənni evlənir

Könül Kərimova

“Fond bazarlarında azalma – investorlar Federal Rezervin qərarını və faiz proqnozlarını gözləyir”

Aynur Camal

Putin: “Rusiya Ukraynanın şərqi Donbas regionunu ‘güc yolu ilə’ almağa hazırdır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu