7 C
Baku
23 Fevral 2026, 18:29
Baş xəbər

Prezident Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib

Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib. Dövlət başçısı Göygöl rayonunu Kəlbəcər rayonu ilə birləşdirən Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib.

Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olub.Dövlətimizin başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub.

Prezident İlham Əliyev Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoyub.O buradakı çıxısı zamanı deyib: “Qısa müddətdə genişmiqyaslı işlərin görülməsi həm gücümüzü, niyyətimizi, iradəmizi göstərir, bir daha xalqımızın böyüklüyünü göstərir. Biz bunu təkbaşına edirik və edəcəyik”.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Rusiya-Ukrayna müharibəsindən 4 il ötdü

Aynur Camal

Deputat əlavə məzuniyyət kompensasiyaları ilə bağlı qərarı açıqladı

Aynur Camal

Oruc tutarkən bədəninizi necə qidalandırmaq olar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu