21 C
Baku
11 İyun 2025, 3:49
Baş xəbərDünya

Prezident həmkarı Trampla telefonla danışdı

Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın 47-ci prezidenti seçilmiş Donald Trampla telefon danışığı olub. Azərbaycan Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, İlham Əliyev Donald Trampa zəng edərək onu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Əliyev bəyan edib ki, Trampın fəaliyyəti dünya təhlükəsizliyinin təmin olunmasında daha da mühüm rol oynayacaq.

Trampın prezident kimi ilk səlahiyyət müddətində Azərbaycan ilə ABŞ arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə xüsusi önəm verdiyini deyən Əliyev əlaqələrin inkişafı üçün birgə səylər göstərəcəklərinə ümid etdiyini bildirib. Tramp təbrikə görə Əliyevə təşəkkür edib və ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın yaxşılaşdırılması üçün birgə səylərin vacibliyinə diqqət çəkib.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

Nazir Teymur Musayev ilə Türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı olub

Aynur Camal

Yeni poçt markaları dövriyyəyə buraxılıb

Teymur Əziz

Danimarkalı sənətçidən insanlıq dərsi!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu