Baş xəbər

Prezident həmkarını təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev həmkarı Tunis Respublikasının Prezidenti Zati-aliləri cənab Kays Sayidi təbrik edib.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Tunis Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Tunis arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişlənməsi və möhkəmlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Tunis xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 oktyabr 2024-cü il”.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Azərbaycan Türkiyəyə həmrəylik mesajı yayımladı

Aynur Camal

İran–ABŞ nüvə danışıqları başladı: görüşlər Omanda keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu