14 C
Baku
15 Noyabr 2025, 21:45
Baş xəbər

Prezident İlham Əliyev: “Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjinin son nöqtəsi olmayacaq”

Bərpaolunan enerji bizim planlarımızın bir hissəsidir. Üç əsas enerji şirkəti ilə razılaşdıq və anlaşma memorandumu imzaladıq ki, biz 25 qiqavat həcmində bərpaolunan enerji resursları əsasında həm quruda, həm dənizdə külək və günəş enerjisi istehsal edək. Bu, çox böyük potensialdır.

Bugun.tv Azərtac-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

Qara dənizin dibi ilə kabelin çəkilməsi barədə işlərin planlaşdırılmasının da önəmini vurğulayan dövlətimizin başçısı bildirib: “Bu da Avropadakı tələbatla əlaqələndirilməlidir. Beləliklə, biz potensial əməkdaşlığımızı Avropa qitəsində görəcəyik. Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjinin son nöqtəsi olmayacaq”.

 

Bugün TV

Oxşar xəbərlər

ÜST: Sudanda 12 mindən çox insan münaqişə qurbanı olub

Teymur Əziz

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatdı

Bugün TV

Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu