Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə yaşayan pravoslav xristian icmasına bayram münasibətilə təbrik ünvanlayıb.
Prezidentin rəsmi saytında yayımlanan təbrik məktubunda dövlət başçısı pravoslav xristian icmasının nümayəndələrini səmimi-qəlbdən təbrik edib, onlara möhkəm cansağlığı, xoşbəxtlik və rifah arzulayıb. İlham Əliyev Azərbaycanın tarixən müxtəlif dinlərin və mədəniyyətlərin dinc yanaşı yaşadığı məkan olduğunu vurğulayıb, ölkədə tolerantlıq və multikulturalizm ənənələrinin daim qorunduğunu bildirib.
Təbrikdə qeyd olunub ki, pravoslav xristian icması Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir və ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir.
Mənbə: prezident.az
