Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rəsmi sosial media hesabında paylaşım edib.
Paylaşımda dövlət başçısı dünya azərbaycanlılarını bu əlamətdar gün münasibətilə təbrik edib, birlik və həmrəyliyin vacibliyini vurğulayıb. Prezident İlham Əliyev eyni zamanda xalqımıza yeni ildə firavanlıq, əmin-amanlıq və uğurlar arzulayıb.
Prezidentin bayram paylaşımı qısa müddət ərzində sosial şəbəkə istifadəçiləri tərəfindən geniş maraqla qarşılanıb və çoxsaylı bəyənmə və şərhlər toplayıb.
Qeyd edək ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən hər il qeyd olunur.
— İlham Əliyev (@azpresident) December 30, 2025
