Baş xəbər

Prezidentin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşımı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rəsmi sosial media hesabında paylaşım edib.

Paylaşımda dövlət başçısı dünya azərbaycanlılarını bu əlamətdar gün münasibətilə təbrik edib, birlik və həmrəyliyin vacibliyini vurğulayıb. Prezident İlham Əliyev eyni zamanda xalqımıza yeni ildə firavanlıq, əmin-amanlıq və uğurlar arzulayıb.

Prezidentin bayram paylaşımı qısa müddət ərzində sosial şəbəkə istifadəçiləri tərəfindən geniş maraqla qarşılanıb və çoxsaylı bəyənmə və şərhlər toplayıb.

Qeyd edək ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən hər il qeyd olunur.

Aynur Camal

Oxşar xəbərlər

FİFA Dünya Kuboku kommersiya hüquqlarının satış planına görə tənqid olunur: “Futbolun ruhu satılır”

Aynur Camal

Rza Pəhləvi: “Rejim dəyişikliyinə çox yaxınlaşmışıq”

Aynur Camal

Deputat Sevinc Hüseynova Gədəbəydə vətəndaş qəbulu keçirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu