Digər

Prezident İlham Əliyev Gürcüstan səfirliyində başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Gürcüstan Respublikasının Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verib.

Dövlət başçısı səfirlikdə Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya həzrətlərinin vəfatı ilə əlaqədar matəm kitabına ürək sözlərini yazıb.

Prezident İlham Əliyevi səfir Zurab Pataradze qarşılayıb.

Görüş zamanı dövlət başçısı II İlyanın həyatını dini dəyərlərə və dinlərarası dialoqun inkişafına həsr etdiyini qeyd edib.

Prezident İlham Əliyev çıxışında mərhum patriarxın Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb. O, II İlyanın xatirəsinin Azərbaycanda hörmətlə anılacağını bildirib.

Səfir Zurab Pataradze isə Prezident İlham Əliyevin səfirliyə gələrək başsağlığı verməsini yüksək qiymətləndirib və təşəkkürünü ifadə edib.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində çalışır

Aynur Camal

“Bilirdinizmi?” – İnsan beyni gecələr daha aktiv işləyir

Aynur Camal

BƏƏ-nin Şarika şəhərində güclü yağışlar selə səbəb oldu: avtomobillər su altında qaldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu