Bugun.tv-xəbər verir ki, Prezident İlham Əliyev 13 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar rəsmi sosial media hesabında paylaşım edib. Paylaşımda Ulu Öndərin Azərbaycan dövlətçiliyindəki tarixi rolu və əvəzsiz xidmətləri vurğulanıb.
Prezident İlham Əliyev Heydər Əliyevin müasir Azərbaycanın qurucusu olduğunu qeyd edərək, onun siyasi irsinin ölkənin inkişaf yolunda əsas istiqamət olduğunu bildirib.
Paylaşım ictimaiyyət tərəfindən geniş maraqla qarşılanıb və sosial şəbəkələrdə çoxsaylı istifadəçilər tərəfindən paylaşılıb.
