15 C
Baku
15 Noyabr 2025, 2:46
Siyasət

Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirak edəcək

“Noyabrın 16-da Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşü keçiriləcək” – bu barədə siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında paylaşım edib.

Ekspertin sözlərinə görə, artıq Mərkəzi Asiya ölkələri siyasi, iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməklə, regional siyasi transformasiyanın aparıcı iştirakçılarına çevrilir. İndiyədək keçirilən məşvərət görüşlərində aparılan müzakirələr regiondaxili inteqrasiyanı gücləndirməklə yanaşı, Mərkəzi Asiya ölkələrinin beynəlxalq müstəvidə daha aktiv rol alması üçün yeni imkanlar yaradıb.

İkinci Qarabağ müharibəsindən sonra formalaşan yeni geosiyasi nizam, eləcə də Zəngəzur dəhlizinin gündəmə gəlməsi, ABŞ-ın Cənubi Qafqaza və Mərkəzi Asiyaya diqqətini daha da artırdı. ABŞ-ın Zəngəzur dəhlizi (TRİP marşrutu) icarəyə götürməsi və Mərkəzi Asiya liderləri ilə keçirilən sammitdə əldə edilən razılaşmalar regionda siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığında yeni mərhələnin başlanğıcıdır.

Azərbaycan prezidenti İlham Əliyevin fəxri qonaq qismində Məşvərət Şurasına dəvət olunması da təsadüfi deyil. Azərbaycan bu gün Mərkəzi Asiya ilə Qərb arasında strateji körpə rolunu oynayır. Transxəzər Nəqliyyat Marşrutu region ölkələrini birləşdirən əsas logistika xəttinə çevrilib və Azərbaycan bu xəttin mərkəzi halqasıdır. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında siyasi-iqtisadi yaxınlaşma həm regional inteqrasiyanı gücləndirir, həm də yeni qlobal siyasi nizamda ortaq maraqların formalaşmasına xidmət edir.

Nəticə etibarilə, Mərkəzi Asiya ölkələrinin Qərblə əməkdaşlığı genişləndirməsi, həmçinin yeni nəqliyyat və enerji layihələrinə qoşulması regionun strateji əhəmiyyətini artırır və Rusiya ilə Çinin bölgəyə təsir imkanlarını neytrallaşdırlmasına xidmət edir.

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu İsrailə hücumları pisləyib

Bugün TV

M.Çavuşoğlundan sərt açıqlama

Aynur Əfəndi Zadə

Deputat Bəhruz Məhərrəmov qəbul keçirdi – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu